Qvardiola "Mançester Siti"dən gedir
20 aprel 2024 09:25 (UTC +04:00)

Qvardiola "Mançester Siti"dən gedir

“Mançester Siti” baş məşqçi Xose Qvardiolanın komandadan ayrılmasına hazırlaşır.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Xorxe Pikonun sosial şəbəkələrdə yazdığına görə, Qvardiolanın “vətəndaşlar”la müqaviləsi gələn ilin yayında başa çatır. İngilis klubu ispan mütəxəssislə müqavilənin uzadılacağına getdikcə daha az əmindir.

Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Ötən mövsüm İngiltərə komandası trebl tamamlaya bilib. İspanların idarə etdiyi “şəhərlilər” beş dəfə İngiltərə çempionatının qalibi olmağı bacarıb.

Qvardiola karyerası ərzində “Barselona” və “Bavariya”nı da çalışdırıb. Ümumilikdə ispaniyalı mütəxəssis bütün klublarla 37 kubok, o cümlədən üç UEFA Çempionlar Liqası turniri qazanıb.

# 2340
avatar

Oxşar yazılar