"Uotford"un hücumçusu Kvadvo Baa İngiltərə Çempionşipinin 23-cü turunun "Portsmut"la oyununda (2:1) qırmızı vərəqə alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, "Uotford" yarımmüdafiəçi Rokko Vatanın əlavə edilmiş 5-ci dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb. Final fitindən sonra Baa qonaq tribunasına tərəf qaçıb və onlayn kompüter oyununda Fortnite-də məşhur olan “Take the L” mahnısını oynayıb.
Baa meydan oxuyan davranışına görə, ona hücum edən Portsmutlu futbolçuları təxribata çəkib. Buna baxmayaraq, Baa rəqs etməyə və uduzan komandanın oyunçularını təhrik etməyə davam edib.
Görüşün baş hakimi Ceff Eltrinqem futbolçuya qırmızı vərəqə göstərib və bununla da onu "Kardiff"lə qarşıdakı oyunda oynamaq imkanından məhrum edib.
"Uotford"un baş məşqçisi Tom Kleverli oyundan sonra futbolçusunu müdafiə etməyib və onun haqlı olaraq qırmızı vərəqə aldığını bildirib.
"Uotford" Çempionşip cədvəlində lider "Lids"dən 11 xal geri qalaraq altıncıdır.