Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Yeni Gəncə sakini 1994-cü il təvəllüdlü Salmanova Aygün Əlyar qızının idarə etdiyi “Hyundai” markalı 77-SE-912 dövlət nömrə nişanlı avtomobil yolda hərəkətdə olan zaman qarşısına 2 iribuynuzlu heyvan çıxıb.
Avtomobili saxlaya bilməyən sürücü heyvaları vurub. Heyvanlar hadisə yerində tələf olub.
Qəza zamanı avtomobilə də ziyan dəyib, xəsarət alan isə olmayıb.