“Qalatasaray”- “Fənərbaxça” derbisini  qadın hakim   idarə edə bilər
18 fevral 2025 17:37 (UTC +04:00)

“Qalatasaray”- “Fənərbaxça” derbisini qadın hakim idarə edə bilər

Superliqanın 25-ci həftəsində keçiriləcək “Qalatasaray”-“Fənərbaxça” derbisi öncəsi hakim müzakirələri davam edir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, qarşılaşmanı idarə edəcək hakimin yerli, yoxsa əcnəbi olacağı hələ də bəlli olmasa da, 10 əcnəbi hakimin adı gündəmə gəlir. Bu hakimlər arasında qadın hakim Stefani Frappartın da adı çəkilir. 

Gələn bazar ertəsi keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisi öncəsi hakim müzakirələri davam etsə də, hakimin yerli, yoxsa əcnəbi olacağı məlum deyil.

Bütün ölkənin nəticəsini səbirsizliklə gözlədiyi nəhəng qarşılaşma üçün 10 əcnəbi hakimin adı gündəmə gəlir.

Derbiyə təyin oluna biləcək 10 əcnəbi hakimi təqdim edirik:

• Şimon Martsinyak – Polşa 

• Entoni Teylor – İngiltərə

• Davide Massa - İtaliya

• Xesus Xil Mansano – İspaniya

• Fransua Leteksye - Fransa

• Daniel Ziberq – Almaniya

• Stefani Frappar – Fransa

• Slavko Vinçiç – Sloveniya

• İştvan Kovaç – Runıniya

• Fakundo Telo – Argentina 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916

Oxşar yazılar