"O, mənim  ilhamvericim   idi" – Arteta 
30 mart 2023 19:00 (UTC +04:00)

"O, mənim ilhamvericim idi" – Arteta 

"Arsenal"ın hazırkı baş məşqçisi Mikel Arteta "topçular"ın keçmiş çalışdırıcısı Arsen Venger haqqında danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ispaniyalı baş məşqçi kimi karyera qurmağa sövq edənin məhz fransız mütəxəssis olduğunu deyib.

“Mən bu klubda oynamaq arzusunda idim. Vengerlə keçirdiyimiz vaxt möhtəşəm idi. O, karyeramın sonunda məni məşqçi olmağa qərar verməyə məcbur etdi. Söhbətimiz oldu, ondan mənim yerimdə nə edəcəyini soruşdum, çünki futbolda yolumu məşqçi kimi davam etdirmək istəyib-istəmədiyimdən şübhələnirdim. O, klubda və akademiyada mənə kömək etdi, o, mənim ilham mənbəyim oldu”, - Arteta deyib.

 

# 1524
avatar

Oxşar yazılar