Niderlandlı məşqçi: Azərbaycan həmişə mənə doğma olaraq qalacaq
21 sentyabr 2023 09:20 (UTC +04:00)

Niderlandlı məşqçi: Azərbaycan həmişə mənə doğma olaraq qalacaq

Mən Azərbaycanda futzal üzrə milli komanda da köməkçi məşqçi vəzifəsində çalışmışam. Bu səbəbdən Azərbaycan mənə həmişə yaxın ölkədir.

Lent.az xəbər verir ki, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Bakıda millimizə qarşı keçirilən qarşılaşmadan sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib: "Daha yaxşı oyun nümayiş etdirə bilərdik. Məğlub olmağımıza baxmayaraq, futzalçılarımızdan narazı deyiləm. Bəzi məsələləri təhlil edərək aydınlaşdıracağıq".

Andres yenidən Azərbaycanda işləmək ehtimalı haqqında da danışıb: "Ölkənizdə fəaliyyət göstərdiyim üçün çox məmnunam. Bura həmişə mənə doğma olaraq qalacaq. Lakin hələlik Niderland millisində işimi davam etdirəcəyəm".

# 1605
avatar

Oxşar yazılar