Azad agent statusunda olan rusiyalı hücumçu Artyom Dzyuba dostu, Rusiya millisinin keçmiş baş məşqçisi Leonid Slutskinin sözlərinə münasibət bildirib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Lokomotiv"dən ayrıldıqdan sonra hələ də özünə yeni klub tapmayan Dzyuba haqqında danışan Slutski, "həmişə yavaş araba olduğunu, amma hər şey yerində olduğunu" söyləyib və Dzyuba ilə müqavilə imzalayan klubun cekpotu vuracağına söz verib.
“Mən yüksək keyfiyyətli arabayam, mövcud olan ən seksual arabayam. Slutskinin dediyi hər şeyə qulaq asmaq lazımdır”, - Dzyuba söyləyib.