Məmmədyarov və Rəcəbov
24 aprel 2021 11:25 (UTC +04:00)

Məmmədyarov və Rəcəbov

Məmmədyarov və Rəcəbov haqqında YENİ XƏBƏR

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start veriləcək.

"New In Chess" adlı mərhələdə 16 qrossmeyster mübarizə aparacaq. Onların arasında millimizin üzvləri  Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da var. İlkin mərhələdə üç gün ərzində şahmatçılar pley-off uğrunda yarışacaq.

İlk 5 turun görüşləri birinci yarış günündə olacaq.

24 aprel

1-ci tur

Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya)

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

2-ci tur

Teymur Rəcəbov - Aryan Tari (Norveç)

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

3-cü tur

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov

Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov

4-cü tur

Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan)

Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç)

5-ci tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov.
(qol.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar