"Mançester Yunayted" 17 yaşlı paraqvaylı sol cinah müdafiəçisi Dieqo Leonu transfer etmək üçün şifahi razılığa gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun transferi üçün ilkin ödəniş 3,8 milyon avro üstəgəl əlavə töhfə olaraq 1 milyon avro və oyunçunun yaxud komandanın gələcək nailiyyətlərindən asılı olaraq 3,3 milyon avrodan çox olacaq. Dieqo Leonun İngiltərə klubuna 2025-ci ilin iyulunda gələcəyi qeyd olunur.
17 yaşlı Dieqo Leon “Cerro Porteno”nun yetirməsidir. Bu mövsüm müdafiəçi Paraqvay klubunun heyətində 19 oyunda iştirak edib və iki qol vurub. Ümumilikdə futbolçu meydanda 1642 dəqiqə keçirib. Transfermarkt internet portalı Leonun bazar dəyərini 1 milyon avro olaraq qiymətləndirir.