"Google" 3 köhnə telefona  dəstəyini dayandırdı
23 aprel 2025 04:28 (UTC +04:00)

"Google" 3 köhnə telefona dəstəyini dayandırdı

“Google” üç məşhur smartfon üçün yeniləmə dəstəyini rəsmi olaraq dayandırıb.

Lent.az xəbər verir ki, bu vəziyyət xüsusilə “Google Pixel 3a”, “Samsung Galaxy S10” və “OnePlus 7” modellərinə sahib olanlar üçün kritik bir xəbərdarlıqdır.

Android 12 və ya Android 12L-də qalan üç telefon “Google”dan aylıq təhlükəsizlik yeniləmələrini almağı dayandırdı.

Bu o deməkdir ki, yeni aşkar edilmiş zəifliklərə və ya zərərli proqram təhlükələrinə qarşı heç bir qorunma olmayacaq.

Əgər siz hələ də bu telefonlardan birini istifadə edirsinizsə, indi öz təhlükəsizliyinizə cavabdehsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar