"Kəpəz" baş məşqçisi Adil Şükürov ilə yollarını ayırıb.
Lent.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı əlavə məlumat veriləcək.