Basketbol üzrə Türkiyə yığmasının keçmiş üzvü İlkan Karaman faciəvi şəkildə həyatını itirib.
Lent.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, sürücüsü sərxoş vəziyyətdə olan avtomobil Datçada dayanacaqda gözləyən 34 yaşlı İlkan Karamanı vurub.
Keçmiş basketbolçu qəza yerində ölüb.