"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariya karyerasının ən pis məşqçisini açıqlayıb.
“Ən pis məşqçi Van Qaldır, bunu sizə heç şübhəsiz deyə bilərəm. Sadəcə soruşmadan əvvəl bilirdiniz" Lent.az-ın məlumatına görə, Di Mariya ESPN Argentina müxbirinin sualını gözləmədən deyib.
Di Mariya 2014-2015-ci illərdə "Mançester Yunayted"də Van Qalın rəhbərliyi altında çıxış edib. Bu mövsüm onun karyerasının ən pis dövrlərindən biri olub. O, ən az oyun keçirib (32) və ən az qol vurub (4).
Van Qal 2019-cu ildə BBC-yə verdiyi müsahibədə Di Mariyanın zəif oyununu Premyer Liqadakı təzyiqlə əlaqələndirib: "Onu hücumda bütün mövqelərə qoydum və heç birində məni inandırmadı".