Joze Mourinyoya Rusiyadan DƏVƏT:  “Gəlməyə hazırdır”
06 may 2025 19:46 (UTC +04:00)

Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”

Rusiya Futbol İttifaqının Məşqçilər Departamentinin rəhbəri Sergey Ovçinnikov “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu Rusiyaya məşqçilik kurslarına dəvət etdiklərini bildirib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Qvardiolanın Rusiyada kurslar keçəcəyi ilə bağlı xəbərlər doğrudurmu?” sualını cavablandıran Ovçinnikov deyib: "Bir çox baş məşqçilərlə direktorlarla əlaqə saxlayırıq. Bu yaxınlarda Yurgen Klopp ilə danışdıq".

Ovçinnikov izahatına davam edərək vurğulayıb: "Məşqçilər bütün dünyanı gəzirlər. Onların belə bir şey etməkdən imtina etdiklərini heç eşitməmişəm. Rusiyaya gəlsələr şad olardılar, amma indiki siyasi vəziyyəti bilirsiniz. Hər şey yoluna qoyulanda onlar da məmnuniyyətlə gələcəklər. Biz bir çox məşqçilərlə tez-tez əlaqə saxlayırıq, amma üzbəüz görüşlər üçün dünyada vəziyyət fərqli olmalıdır".

"Yürgen Klopp Rusiyaya gəlməyə hazırdırmı?" sualına cavab verən rusiyalı rəsmisi “Dəvət etsək, imtina etməyəcəyini düşünürəm” deyib.

Rusiyaya dəvət etdikləri başqa məşqçilərin olub-olmaması ilə bağlı sualı cavablandıran Ovçinnikov deyib: “Şəxsən yox, amma bu yaxınlarda Mourinyo ilə danışdıq”.

Mourinyonun cavabının necə ola biləcəyi ilə bağlı suala Ovçinnikov belə cavab verib: "O, “yaxşı” dedi. Rusiyaya gəlməyə hazır olduğunu söylədi".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar