"İnter"in ən yüksək  maaş alan   futbolçusu olacaq
06 dekabr 2023 15:11 (UTC +04:00)

"İnter"in ən yüksək maaş alan futbolçusu olacaq

"İnter"in hücumçusu Lautaro Martines yaxın vaxtlarda klubu ilə yeni müqavilə imzalayacaq.

Lent.az bildirir ki, bu barədə “La Gazzetta dello Sport” xəbər verir.

Mənbənin məlumatına görə, yeni müqavilənin şərtlərinə əsasən, 26 yaşlı argentinalı vergi ödənişləri nəzərə alınmaqla, ildə 7 milyon alacaq. Beləliklə, o, “İnter”in ən çox maaş alan futbolçusu olacaq. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.

Martines 2018-ci ildən "neradzurri"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 19 oyun keçirib, 15 qol vurub və üç məhsuldar ötürmə edib. Onun "İnter"lə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
 

# 2748
avatar

Oxşar yazılar