“Barselona”nın braziliyalı hücumçusu Rafinya karyerası ərzində qarşılaşdığı problemlərdən danışıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, o bildirib ki, futboldan imtina etmək üçün bir çox səbəbləri olub:
“Çox çalışıb futbol karyerası qurmaq istəyirsənsə, imtina edə bilməzsən. Vaz keçmək, futbolu tərk etmək və həyatıma davam etmək üçün bir çox səbəblərim var idi. Bu sizi məhv edən bir peşədir.
Evə gəldiyim zaman səhər məşqə gedəcəyimi bilmədiyim vaxtlar olub. Bezib ağlamışam, Barselonada da belə olub. Psixoloqla işləyirəm, çünki bunun nə qədər vacib olduğunu anladım. Hər kəs bunu etməlidir. Çünki bu, çox kömək edir.
Özünə baxmasan, futbol səni məhv edər. Depressiyaya düşmək və hər şeydən imtina etmək çox asandır,”.
Bu La Liqa mövsümündə braziliyalı dörd matçda üç qol vurub və iki məhsuldar ötürmə edib.