“Ferensvaroş” – “Qarabağ”: Kim şanslıdır?
09 avqust 2022 15:58 (UTC +04:00)

“Ferensvaroş” – “Qarabağ”: Kim şanslıdır?

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Budapeşt təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün “Ferencvaros Stadion”da baş tutacaq matçda Macarıstan çempionunun qələbəsi 2,03, “Qarabağ”ın uğuru 3,40 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,42 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

# 2100
avatar

Oxşar yazılar