“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, "Qalatasaray" qalib elan olunub
11 aprel 2024 18:46 (UTC +04:00)

“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, "Qalatasaray" qalib elan olunub

"Fənərbaxça"nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Superkubokunun finalında "Qalatasaray"la matçın 3-cü dəqiqəsində meydandan çəkilmişdi.

Lent.az Apasport.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurası bəzi qərarlar verib.

Qərara əsasən "Fənərbaxça"ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 4 milyon TL cərimə tətbiq olunub.

Digər tərəfdən, "sarı-lacivərd"i meydandan çıxaran Ahmet Ketencinin 60 günlük həbs və 520 min TL pul cəzası aldığı açıqlanıb.

Superkubok matçı zamanı “Qalatasaray” azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə "sarı-qırmızılar" ümumilikdə 212 min TL ziyana düşüb.

Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.

# 3522
avatar

Oxşar yazılar

UEFA-dan Türkiyəyə iki final

UEFA-dan Türkiyəyə iki final

22 may 2024 , 16:11
“Sabah”ın keçmiş baş məqşçisi ilə bağlı YENİ XƏBƏR

“Sabah”ın keçmiş baş məqşçisi ilə bağlı YENİ XƏBƏR

22 may 2024 , 15:05
Messiyə qarşı AĞIR İTTİHAM:  səs yazısı tapıldı

Messiyə qarşı AĞIR İTTİHAM: səs yazısı tapıldı

22 may 2024 , 09:57
Hidayət Heydərov Vətənə döndü - FOTO

Hidayət Heydərov Vətənə döndü - FOTO

22 may 2024 , 01:02
"Çelsi" onu istefaya göndərdi

"Çelsi" onu istefaya göndərdi

21 may 2024 , 23:56
Məşhur məşqçi karyerasını bitirdi

Məşhur məşqçi karyerasını bitirdi

21 may 2024 , 23:20
Klopp "Liverpul"un vida gecəsində rəqs etdi - VİDEO

Klopp "Liverpul"un vida gecəsində rəqs etdi - VİDEO

21 may 2024 , 18:45
Vensan Kompani "Bavariya"nın yeni baş məşqçisi  ola bilər

Vensan Kompani "Bavariya"nın yeni baş məşqçisi ola bilər

21 may 2024 , 15:16