Məşhur "Transfermarkt" internet portalının məlumatına görə, İngiltərə millisi bütün milli komandalar arasında ən bahalı heyətə sahibdir - 1,26 milyard avro.
Lent.az xəbər verir ki, siyahıda ikinci yeri 1,16 milyard avro dəyərində olan Fransa millisi tutub. İlk üçlüyü 1,14 milyard avro ilə İspaniya komandası qapayır.
Transfermarkt-a görə futbol komandaları arasında ən bahalı 10 heyət:
1. İngiltərə yığması - 1,26 milyard avro;
2. Fransa millisi - 1,16 milyard avro;
3. İspaniya millisi - 1,14 milyard avro;
4. Braziliya millisi - 1,06 milyard avro;
5. Portuqaliya millisi - 868 milyon avro;
6. Hollandiya millisi - 742,5 milyon avro;
7. İtaliya millisi - 688 milyon avro;
8. Argentina millisi - 674,7 milyon avro;
9. Almaniya millisi - 653 milyon avro;
10. Uruqvay millisi - 496,43 milyon avro.
Martın 21-də Tomas Tuxelin rəhbərliyi altında İngiltərə yığması 2026-cı il dünya çempionatının seçmə turnirinə start verəcək. İngilislər evdə Albaniya millisi ilə qarşılaşacaq. Martın 24-də İngiltərə millisi də doğma meydanda Latviya millisi ilə oynayacaq.