Yüngül atletika idmançısı Girma Olimpiya Oyunlarında maneəli qaçış yarışı zamanı yıxılaraq huşunu itirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, efiopiyalı yüngül atlet Lameha Girma Paris Olimpiadasında 3000 metr məsafəyə maneəli qaçış zamanı yıxılıb.
İdmançı bundan sonra ayağa qalxıb yarışı başa vura bilməyib. Onu xərəkdə qaçış zolağından çıxarıblar.
Girma Tokio 2020 Oyunlarının gümüş mükafatçısı və hazırda məsafəyə qaçış üzrə dünya rekordunun sahibidir - 7 dəqiqə 52,11 saniyə.