DÇ-2022:  Fransa İngiltərə   ilə qarşılaşacaq
05 dekabr 2022 00:55 (UTC +04:00)

DÇ-2022: Fransa İngiltərə ilə qarşılaşacaq

Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, mundialın 1/8 final mərhələsində İngiltərə və Seneqal üz-üzə gəlib.

Britaniyalılar son mundialda olduğu kimi, azı yarımfinala, Seneqal isə 20 il əvvəlki dünya çempionatında olduğu kimi 1/4 finala vəsiqə qazanmaq arzusunda idi.

Bu tərəflərin ilk rəsmi qarşılaşması kimi yadda qalıb.

Oyun 3:0 avropalıların qələbəsi ilə başa çatıb.

Növbəti mərhələdə İngiltərə yığması Fransa ilə qarşılaşacaq.

Dünya çempionatı-2022
1/8 final
23:00 İngiltərə – Seneqal - 3:0
Qol:
Cordan Henderson, 39. Hari Keyn, 45+3. Bukayo Saka, 57

 

# 1983
avatar

Oxşar yazılar