Çempionlar Liqasında qeyri-adi  rekord
06 noyabr 2024 19:07 (UTC +04:00)

Çempionlar Liqasında qeyri-adi rekord

 Çempionlar Liqasının bu mövsümündə qeyri-adi turnir rekordu qeydə alınıb.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Bratislavanın "Slovan" klubuna qarşı oynayan Zaqrebin "Dinamo"sunun qapıçısı Daniel Zaqorats bu mövsüm Çempionlar Liqasında 37 və daha yuxarı yaşda debüt edən dördüncü futbolçu olub. Bu, eyni turnirdə ilk oyununu keçirən bu yaş və daha böyük oyunçuların ən çox sayıdır.

Zaqoratsdan başqa, "Jirona"dan Kristian Stuani, yuxarıda adı çəkilən "Slovan"dan Yuray Kutska və "Slovan"ın şərəfini qoruyan Quram Kaşiya da bu kampaniyada Çempionlar Liqasında debüt edib.

Qeyd edək ki, noyabrın 5-də keçiriliən  “Slovan”-"Dinamo" oyunu 4:1 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar