"Çelsi"nin  ortaq sahiblərindən   biri ola bilər
20 sentyabr 2023 18:56 (UTC +04:00)

"Çelsi"nin ortaq sahiblərindən biri ola bilər

“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri London klubunun səhmlərini almaqda maraqlıdır.

Lent.az bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb. 

İngiltərə millisinin keçmiş kapitanı “Çelsi”də 10 faiz  paya sahib olmaq istəyən investorlar qrupu arasındadır.

Daha əvvəl məlum olmuşdu ki, London komandasının sahibi Todd Boeli sərmayə müqabilində klubdakı payını satmaq istəyir.

Xatırladaq ki, Con Terri 1998-2017-ci illərdə “aristokratlar”ın komandasında çıxış edib. 2004-cü ildə Marsel Desayinin gedişindən sonra komandanın kapitanı təyin edilib. 

Con Terri londonluların heyətində 5 dəfə Premyer Liqanın, 1 dəfə Çempionlar Liqasının qalibi olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237

Oxşar yazılar