Bruno Fernandes "Mançester Yunayted"lə yeni MÜQAVİLƏ İMZALADI
15 avqust 2024 02:30 (UTC +04:00)

Bruno Fernandes "Mançester Yunayted"lə yeni MÜQAVİLƏ İMZALADI

Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə yeni müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə yeni müqavilə 2027-ci ilin iyun ayına qədər, daha bir mövsüm uzadılması variantı ilə nəzərdə tutulub.

29 yaşlı Fernandes "Mançester Yunayted"ə 2020-ci ilin yanvarında keçib. Ümumilikdə o, İngiltərə klubunda 234 oyun keçirib, 79 qol vurub və 67 məhsuldar ötürmə edib.

"Mançester Yunayted" ilə Fernandes İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. Futbolçu əvvəllər Portuqaliyanın “Sportinq”, İtaliyanın “Udineze” və “Sampdoriya” klublarında çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar