"Bavariya" və "Yuventus"  qiyməti ilə bağlı   razılığa gəlmədi
02 iyun 2023 18:21 (UTC +04:00)

"Bavariya" və "Yuventus" qiyməti ilə bağlı razılığa gəlmədi

"Bavariya" "Yuventus"un hücumçusu Duşan Vlahoviçi transfer etməyə hazırlaşır.

Lent.az bildirir ki,  bu barədə “Corriere dello Sport” xəbər verir.

Mənbənin məlumatına görə, Münhen klubu 23 yaşlı serb üçün 55-60 milyon avro ödəməyə hazırdır. "Bavariya"nın baş məşqçisi Tomas Tuxel Vlahoviçi prioritet hədəf adlandırıb.

Lakin tərəflər qiymətlə bağlı razılığa gəlməyiblər. "Yuventus" futbolçu üçün təxminən 90 milyon alacağını gözləyir. Daha əvvəl Vlahoviçlə "Çelsi"nin də maraqlandığı bildirilirdi.

Serbiyalı bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 42 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Vlahoviçin Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Portal “Transfermarkt” onun transfer dəyərini 75 milyon avro qiymətləndirir.


 

# 1254
avatar

Oxşar yazılar

Messi oyuna buraxılmadı

Messi oyuna buraxılmadı

1 oktyabr 2023 , 03:11
“Mançester Siti” və “Liverpul” uduzdu

“Mançester Siti” və “Liverpul” uduzdu

1 oktyabr 2023 , 00:50
Futbolçu biznesindən danışdı

Futbolçu biznesindən danışdı

30 sentyabr 2023 , 22:00
“Mançester Yunayted” 3 yeni futbolçu  almaq istəyir

“Mançester Yunayted” 3 yeni futbolçu almaq istəyir

30 sentyabr 2023 , 19:17
"Barselona" növbəti 2 oyununu onsuz keçirəcək

"Barselona" növbəti 2 oyununu onsuz keçirəcək

30 sentyabr 2023 , 17:28
Ərəblər Salah üçün böyük pul  təklif edir

Ərəblər Salah üçün böyük pul təklif edir

30 sentyabr 2023 , 15:52
Bütün klublar bu futbolçunu almaq istəyir

Bütün klublar bu futbolçunu almaq istəyir

30 sentyabr 2023 , 13:45
Mourinyo bu müdafiəçini "Roma"ya gətirir

Mourinyo bu müdafiəçini "Roma"ya gətirir

30 sentyabr 2023 , 09:57