"Bavariya" kuboksuz qaldığı üçün baş direktoru qovulur
27 may 2023 18:18 (UTC +04:00)

"Bavariya" kuboksuz qaldığı üçün baş direktoru qovulur

“Bavariya”nın baş direktoru Oliver Kan kubok çatışmazlığı səbəbindən cari mövsümün sonunda postunu tərk edə bilər.

Lent.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Şira məlumat verib.

Jurnalistin sözlərinə görə, 53 yaşlı mütəxəssisin gələcəyi sual altındadır. Kan uzun müddət ərzində ilk dəfə mövsümü kuboksuz başa vuracağı üçün ciddi təzyiq altındadır.

“Bavariya” hazırda Bundesliqada bu mövsüm lider “Borussiya Dortmund”dan 2 xal geri qalaraq ikinci yerdədir. Klub 1/4 final mərhələsində “Mançester Siti”yə ümumi hesabda 1:4 hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib. Almaniya kubokunda “Bavariya” “Frayburq”a uduzaraq (1:2) 1/4 finalda çıxışını başa vurub.

Xatırladaq ki, mövsüm ərzində “Bavariya” baş məşqçisini dəyişib. Tomas Tuksel Julian Naqelsmannı əvəzləyib. Kanın sözlərinə görə, kadr dəyişikliyi kuboksuz qalma riski ilə bağlı olub.

# 3090
avatar

Oxşar yazılar