Azərbaycanlı milyarder  futbolçulara maaş vermir  - KLUBU DAĞILIR
12 fevral 2025 17:22 (UTC +04:00)

Azərbaycanlı milyarder futbolçulara maaş vermir - KLUBU DAĞILIR

Rusiyanın “Ximki” klubunun futbolçuları maaşların gecikdirilməsi səbəbindən komandanın üçüncü təlim-məşq toplanışında yoldaşlıq görüşlərini boykot etmək niyyətindədir.

Lent.az yerli mediaya istinadla bildirir ki, oyunçular 2024-cü ilin noyabr və dekabr aylarının ödənişlərini hələ də almadıqları üçün çox narazıdırlar. Qeyd olunub ki, “Ximki”nin investoru Tufan Sadıqov əvvəllər söz verdiyi kimi yaxın günlərdə maaşları versə, aksiya baş tutmayacaq. Eyni zamanda, Sadıqovun özü hələ də xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsdir.

Məlumata əsasən, əcnəbi futbolçulardan bəziləri bu cür gecikmələrə görə klubdan ayrılmağı düşünürlər.

“Məsələn, Mejia və Artiga borclara görə FİFA-ya bəyanatlar yazmağı planlaşdırırlar. Bununla yanaşı, komanda ümid edir ki, ictimai sahədə yaranan problem borc məsələsinin tezliklə həllinə imkan verəcək”, - mənbə bildirib.

Qeyd edək ki, Moskva vilayətinin klubu olan “Ximki” 18 turdan sonra Rusiya Premyer Liqasının turnir cədvəlində 16 xalla 13-cü yerdədir.

Xatırladaq ki, bir neçə gün əvvəl Tufan Sadıqovun həbs olunması və pul qarşılığında azadlığa çıxması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20354

Oxşar yazılar

"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34
Lamin Yamal 112 il əvvəlki  rekordu təkrarladı

Lamin Yamal 112 il əvvəlki rekordu təkrarladı

6 iyun 2025 , 11:58