Azərbaycanla oyun “Qalatasaray”a yolunu açdı
28 sentyabr 2022 14:18 (UTC +04:00)

Azərbaycanla oyun “Qalatasaray”a yolunu açdı

19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının yarımmüdafiəçisi Hamza Akman “Qalatasaray”ın əsas komandasına cəlb olunub.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 18 yaşlı orta sahə oyunçusunun bu yüksəlişində Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-19 komandası ilə keçirilən oyundakı vurduğu qollar həlledici olub.

“Qalatasaray”ın əfsanəvi futbolçusu Ayhan Akmanın oğlu olan Hamza sentyabrın 24-də yığmamıza 5:1 hesabı ilə qalib gəldikləri görüşdə dubla imza atıb. Onun məhz həmin oyundakı performansı “cim-bom”un baş məşqçisi Okan Burukun diqqətini çəkib. Çalışdırıcı gənc yarımmüdafiəçinin əsas komandaya qoşulmasına və Super Liqanın qarşıdakı turlarında iştirak ərizəsinə salınmasına qərar verib.

Qeyd edək ki, “Qalatasaray” VIII tur çərçivəsində oktyabrın 1-də Super Liqada liderliyi bölüşdüyü “Adana Demirspor”la səfərdə üz-üzə gələcək.

# 1653
avatar

Oxşar yazılar

DÇ-2022: Mərakeş sensasiyaya  imza atdı

DÇ-2022: Mərakeş sensasiyaya imza atdı

6 dekabr 2022 , 21:54
Neymardan ETİRAF: “Çox qorxdum,  yata bilmədim”

Neymardan ETİRAF: “Çox qorxdum, yata bilmədim”

6 dekabr 2022 , 20:43
Dünya çempionatında TARİX YAZDI:  Həm hakim,  həm də kimya professoru

Dünya çempionatında TARİX YAZDI: Həm hakim, həm də kimya professoru

6 dekabr 2022 , 19:42
Messinin oğlu Argentinanın oyununa gəldi:  Görün nə etdi?   - VİDEO

Messinin oğlu Argentinanın oyununa gəldi: Görün nə etdi? - VİDEO

6 dekabr 2022 , 18:11
“Real” 16 yaşlı braziliyalı üçün  60 milyon   təklif etdi

“Real” 16 yaşlı braziliyalı üçün 60 milyon təklif etdi

6 dekabr 2022 , 16:23
FHN-nin idmançısı Azərbaycan çempionu oldu

FHN-nin idmançısı Azərbaycan çempionu oldu

6 dekabr 2022 , 14:53
Tiaqo Silva

32 il sonra İLK: Ötürmə verən ən yaşlı oyunçu oldu

6 dekabr 2022 , 14:18
"Ronaldonun yanında öskürürlər, penalti verilir"

"Ronaldonun yanında öskürürlər, penalti verilir"

6 dekabr 2022 , 11:19