Azərbaycan çempionu Niderland klubuna uduzdu
02 dekabr 2022 01:41 (UTC +04:00)

Azərbaycan çempionu Niderland klubuna uduzdu

 Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" bu gün növbəti avrokubok matçına çıxıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/8 final mərhələsində ilk görüşünü keçirib. 

Təmsilçimiz Niderlandın “Orion” klubu ilə üz-üzə gəlib. Əvvəlki 2 mərhələdə asan qələbə qazanan "Murov" bu dəfə ciddi müqavimətlə üzləşib və 1:3 hesabı ilə uduzub. 

Komandalar arasında cavab oyunu dekabrın 15-də Bakıda olacaq. 

Qeyd edək ki, “Murov” 1/32 finalda “Kitro Varazdin”i (Xorvatiya), 1/16 finalda "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb. 

Çelenc kuboku
1/8 final, ilk oyunu
1 dekabr
23:00. “Orion” (Niderland) - "Murov" (Azərbaycan) 3:1 
(29:27, 19:25, 25:12, 25:19)
Dutinhem, SaZa Top İdman Zalı
 

# 1452
avatar

Oxşar yazılar