İyunun 24-də Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Xorvatiya - İtaliya oyunu keçirilib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Canluici Donnarumma italyanların heyətində çıxış edib. Qarşılaşma zamanı o, 25 yaş 120 günlük olub.
Beləliklə, Donnarumma Avropa çempionatları tarixində 10 oyun keçirən ən gənc qapıçı olub.