Avropa çempionatı:  Azərbaycan yığmasının YEKUN HEYƏTİ
19 mart 2022 13:40 (UTC +04:00)

Avropa çempionatı: Azərbaycan yığmasının YEKUN HEYƏTİ

Güləş üzrə Azərbaycan millilərinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Lent.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, martın 28-dən aprelin 3-dək baş tutacaq qitə birinciliyində ümumilikdə 23 güləşçimiz qüvvəsini sınayacaq.

Federasiyanın vitse-prezidenti Namiq Əliyevin də izlədiyi sərbəst güləş üzrə yığmanın məşqində sınaq xarakterli görüşlər keçirilib.

Beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalardan sonra yekun heyətə aydınlıq gətirilib. Hazırlıq prosesinin ardından AÇ-nin ilk günlərində mübarizə aparacaq komandamızın Budapeştə yollanacaq tərkibi açıqlanıb.

Beləliklə, Macarıstanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) güləşəcək.

Martın 14-dən Budapeştdə təlim-məşq toplanışında olan qadın güləşi üzrə millimiz cəmi 3 idmançı ilə turnirdə təmsil olunacaq. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) qitə birinciliyində mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə millimiz isə yarışın son günlərində çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatında I-S kateqoriyalı hakimlərimiz - Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572

Oxşar yazılar

"Bavariya" Almaniya Superkubokunu qazandı

"Bavariya" Almaniya Superkubokunu qazandı

17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi

"Barselona" səfərdə qalib gəldi

17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı

“Neftçi” “Şamaxı” ilə bacarmadı

16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı

16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü,  oyun dayandı

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı

16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı

Messi yenidən meydana qayıtdı

16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

15 avqust 2025 , 19:56