Artyom Dzyuba Türkiyə klubunda:  Müqavilə imzaladı
19 avqust 2022 11:49 (UTC +04:00)

Artyom Dzyuba Türkiyə klubunda: Müqavilə imzaladı

Türkiyənin "Adana Dəmirspor" klubu rusiyalı mərkəz hücumçusu Artyom Dzyubanı heyətinə qatıb. 

Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, təcrübəli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. "Adana Dəmirspor"un açıqlamasında "Klubumuz futbolçu Artyom Dzyuba ilə 1+1 illik müqavilə imzalayıb", - qeyd edilir.

Artyom Dzyuba keçən mövsüm “Zenit” klubunda çıxış edib. 

33 yaşlı futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro olaraq göstərilir. Rusiya millisinin heyətində 55 dəfə meydana çıxan Artyom Dzyuba 30 qol vurub.


 

# 1947
avatar

Oxşar yazılar