“Arsenal” London derbisində “Çelsi”ni darmadağın etdi
24 aprel 2024 01:13 (UTC +04:00)

“Arsenal” London derbisində “Çelsi”ni darmadağın etdi

İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib.

Lent.az xəbər verir ki, London derbisində "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib.

Görüş "topçular"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.

Bu nəticədən sonra xallarını 77-yə çatdıran "Arsenal" liderliyə yüksəlib.

"Liverpul" 74 xalla ikinci, rəqibindən bir xal az toplayan "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.

# 1581
avatar

Oxşar yazılar