Anri də  Belçika millisindən   getdi
09 fevral 2023 01:33 (UTC +04:00)

Anri də Belçika millisindən getdi

Məşhur fransız futbolçu və məşqçi Tyerri Anri Belçika millisinin yeni çalışdırıcısı Domeniko Tedeskonun məşqçilər korpusuna daxil olmayacaq.

“Biz bunu Tyerri ilə müzakirə etdik, çünki onun milli komandamıza nə qədər bağlı olduğunu və gələcəyini düşündüyünü nəzərə alaraq onun fikrini qiymətləndiririk. Amma o, məşqçilər korpusunda işləməyə davam etməyəcək. Biz onun gördüyü işləri yüksək qiymətləndiririk”, – Lent.az xarici mediaya istinadla bildirir ki, Belçika Kral Futbol Assosiasiyasının baş direktoru Peter Bossart deyib.

Anri keçmiş baş məşqçi Roberto Martinezin rəhbərliyi altında Belçika millisinin məşqçilər korpusunun üzvü idi. Fransalı Belçika millisi ilə birlikdə 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatlaının iştirakçısı olub. Məşqçilər korpusunda Anri ilə belçikalılar Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçıları olublar.

# 1596
avatar

Oxşar yazılar