"Real"dan ayrılan italiyalı baş məşqçi Karlo Ançelotti Braziliyaya gəlib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Braziliya millisinin baş məşqçisi kimi təqdim olunacaq.
İyun ayında Braziliya dünya çempionatının seçmə mərhələsində Ekvador (6 iyun) və Paraqvay (11 iyun) ilə qarşılaşacaq.
Ançelotti 2021-ci ildə ikinci dəfə “Kral klubu”nun baş məşqçisi təyin olunmuşdu.