Amerika Antidopinq Agentliyi (USADA) 72 yaşlı yüngül atlet Robert Kuallsı dopinq qəbul etdiyi üçün yarışdan kənarlaşdırıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Qadağa müddəti üç il olacaq. İdmançının fevral ayında testi müsbət çıxıb və nümunədə üç qadağan olunmuş maddə aşkar edilib. Bunlar amfetamin, 19-norandosteron, həmçinin anabolik steroidlərin nümunələridir.
Veteran ABŞ Atletika Çempionatında 5 kilometr məsafədə yarışıb, nümunə ondan turnir zamanı alınıb. Kualls dopinq ittihamı ilə özünü təqsirli bilib.