“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub
Lent.az-ın xəbərinə görə, aprelin 30-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası və ümumrayon iməciliyi təşkil olunub.
Ağacəkmə aksiyasında və ümumrayon iməciliyində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
Ağacəkmə aksiyası zamanı Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə 102 ədəd şam ağacı əkilib.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəkidə Tədbirlər Planına uyğun olaraq işlər davam etdirilir.