Rusiyanın Samara vilayətinin 17 yaşlı idmançı 24 saat ərzində dəhşətli infeksiyadan ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, istedadlı idmançı avqustun 14-də qəfil dünyasını dəyişib. Avqustun 13-də səhər Arina Pyataeva normal qaydada yuxudan oyanıb. Həmin axşam qız üşütmə və halsızlıqdan şikayətlənib. Sonra vilayət üzrə çempion olan qızın vəziyyəti pisləşib və hərarəti 43 dərəcəyə qalxıb.
Həkimlər Arinanı müayinə etsələr də, şübhəli heç nə tapmayıblar. Ona qızdırmasalıcı iynə vurulub və antiviral həblər təyin edilib.
Gecə qızın vəziyyəti pisləşib. Amma pediatrların müayinəsi nəticə verməyib və qız xəstəxanaya yerləşdirilməyib.
Bu zaman ana qızın biləyində bir ləkə görüb. Sonra həmin ləkə bədənin digər hissələrində də görünüb. Valideynlər yenidən təcili yardım çağırıb və xəstəxanaya yerləşdirməkdə israr ediblər. O vaxta qədər qızın bütün bədəni sıxılıb və özü yeriyə bilməyib.
Xəstəxanada həkimlər xəstənin durumunun ciddi olduğunu görərək, Samaradan təcili tibbi yardım helikopterini çağırıblar. Səhər saat 11-də rayon mərkəzindən gələn infeksionistlər qıza meningokok infeksiyası diaqnozu qoyublar.
Həmin axşam reanimasiya şöbəsində Arinanın böyrəküstü vəziləri sıradan çıxıb və ürəyi dayanıb.
Menenjit, bakterial, viral və ya göbələk infeksiyası nəticəsində inkişaf edən beyin membranlarının iltihabıdır. Bu bakteriya insan orqanizmini tez yeyir, beynin selikli qişasını, sonra isə daxili orqanları zədələyir.