UEFA-dan “Styaua”ya 38 min avro cərimə
UEFA Rumıniyanın “Styaua” klubunu ciddi cəzalandırıb.
Lent.az-ın məlumatına görə, Buxarest komandası Avropa Liqasında qarşıdakı iki ev oyununu boş tribunalar önündə keçirəcək.
Bununla yanaşı, kluba 38 min avro cərimə kəsilib. Belə ciddi cəzaya “Styaua”nın iyulun 16-da Avropa Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın “Uypeşt” komandası ilə keçirdiyi ilk oyunu zamanı stadionda baş verən intizamsızlıq halları səbəb olub. Matçın gedişində fanatlardan biri meydançaya soxulub. Tribunalarda isə macarıstanlılar üçün təhqiramiz plakat nümayiş olunub.
“Styaua”ya 1 oyunluq şərti cəza da verilib. Bu cəza analoji insident qarşıdakı iki il ərzində təkrarlanacağı halda, qüvvəyə minəcək.
Qeyd edək ki, “Styaua” – “Uypeşt” matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.

Oxşar yazılar

Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40