Federasiya prezidenti Azərbaycan yığmasını Braziliya millisi ilə müqayisə etdi
Lent.az-ın məlumatına görə, Rüstəmov hər iki yığmamızın ötən il Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatında yaxşı nəticələr göstərdiyini bildirib.
O, şahmatçılarımızın çox böyük potensialının olduğunu vurğulayıb. Federasiya prezidenti, xüsusən, kişilərdən ibarət millimizin qarşıdakı olimpiadaya Avropa çempionu qismində qatılacağını xatırladıb: “Futbol üzrə dünya çempionatında Braziliya millisi üçün 1-ci yerdən başqa nəticə müvəffəqiyyətsizlik sayılır. Siz də Ümumdünya Şahmat Olimpiadasına Avropa çempionu statusunda qatılırsınız. Buna görə də ölkəmizin bütün şahmatsevərlərinin sizdən olimpiadada yüksək nailiyyətlər gözləməyə əsası var”.
AŞF-nin vitse-prezidenti Mahir Məmmədov hər iki yığmamızın olimpiadaya hazır olduğunu bildirib. Məmmədov şahmatçılarımızın mötəbər yarış öncəsi təlim-məşq toplantısında olduqlarını vurğulayıb.
Kişilərdən ibarət millimizin kapitanı Zurab Azmayparaşvili isə hədəfləri barədə danışmasa da, şahmatçılarımızın öz reytinqlərinə uyğun olaraq, lövhələrə bölünəcəklərini söyləyib. Komanda adından çıxış edən Şəhriyar Məmmədyarov isə hədəflərinin 1-ci yer olduğunu açıqlayıb: “Yarışa tam heyətlə olmasa da, dost tərkibdə gedirik. Avropa çempionatındakı nəticəni təkrarlamasaq belə, ilk “3-lüy”ə girməyə çalışacağıq”.
Onun bacısı, qadınlardan ibarət yığmamızın lideri Zeynəb Məmmədyarova isə bildirib ki, olimpiadada ilk “15-liy”ə daxil olsalar, bunu uğurlu nəticə sayacaqlar.
Elman Rüstəmov isə şahmatçılarımızın tutduqları mövqelərə uyğun mükafatlara layiq görüləcəklərini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 21-də başlanacaq sayca 39-cu Ümumdünya Şahmat
Olimpiadasında 160 ölkənin iştirakı gözlənilir. Olimpiadaya oktyabrın 3-də yekun vurulacaq.
Elşən Məmmədov

Oxşar yazılar

"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33