Azərbaycanın bu bölgəsində qarın hündürlüyü 14 sm-ə çatdı
31 dekabr 2024 10:54 (UTC +04:00)

Azərbaycanın bu bölgəsində qarın hündürlüyü 14 sm-ə çatdı

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, əsasən Lənkəran-Astara zonasında yağıntı intensiv xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Astarada 44 mm, Lənkəranda 10 mm, Şamaxı, Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda 1 sm-dir.

Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

3 yanvar 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

3 yanvar 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

2 yanvar 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

2 yanvar 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

1 yanvar 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

1 yanvar 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

31 dekabr 2024 , 20:30
Yeni ilin ilk günü üçün hava proqnozu açıqlandı

Yeni ilin ilk günü üçün hava proqnozu açıqlandı

31 dekabr 2024 , 12:41