Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU
31 iyul 2025 16:30 (UTC +04:00)

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

0

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası haqqında xəbər vermişdik. 

Qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı. 

Lent.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 59 yaşlı Südabə Mürsəliyevanı avtomobillə vurub hadisə yerindən qaçan sürücünün rayonun Muxax kənd sakini, 1958-ci il təvəllüdlü Fikrət Mahmud oğlu Ramazanov olması müəyyən edilib.

O, idarə etdiyi "VAZ -2106" markalı avtomobillə birlikdə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 15002

Oxşar yazılar