Zaqatalada qadını maşın vurub öldürdü  - YENİLƏNİB
31 iyul 2025 15:15 (UTC +04:00)

Zaqatalada qadını maşın vurub öldürdü - YENİLƏNİB

Zaqatalada avtomobillə vurulan piyadanın kimliyi məlum olub. 

Lent.az xəbər verir ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

***

saat 14:55

Zaqatalada piyadanı maşın vurub öldürüb. 

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hələki şəxsiyyəti dəqiqləşdirilməyən qadını avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15358

Oxşar yazılar