Elgün Abdurzayev
01 oktyabr 2021 10:29 (UTC +04:00)

Elgün Abdurzayev

Zaqatalada koronavirusa yoluxan şəxs tamadalıq etdi

Zaqatalada koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini Elgün Abdurzayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxsin yaşadığı ünvanı tərk etdiyi və restoranların birində keçirilən toy məclisinə masabəyi qismində iştirak etmək məqsədilə gəldiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun koronavirus xəstəsi olduğu aşkarlanıb və mərasimdə iştirakının qarşısı alınıb. İnfeksiyanın yayılmasına real şərait yaradan E.Abdurzayevlə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Mehman Nəbiyev

Oxşar yazılar