Everest dağında dəhşətli FƏLAKƏT:  Xilasedicilər cəsədlər arasında  qalıb
06 oktyabr 2025 12:10 (UTC +04:00)

Everest dağında dəhşətli FƏLAKƏT: Xilasedicilər cəsədlər arasında qalıb

0

Everest dağının şərq yamacında baş verən güclü qar fırtınası nəticəsində təxminən 1000 nəfər dağ düşərgələrində qalıb. Bölgəyə göndərilən xilasetmə qruplarının donmuş cəsədlərin arasından keçərək irəlilədiyi bildirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları minlərlə metr yüksəklikdə yerləşən düşərgələrə gedən yolları bağlayan böyük qar kütlələrinin təmizlənməsi üçün əməliyyat başladıb.

Rəsmi mənbələr dağda təxminən 1000 nəfərin qaldığını, onların bir qisminin turist və dağçı, bir qisminin isə yerli bələdçilər və işçilər olduğunu açıqlayıb.

Everest Dağı'nda bin kişi mahsur kaldı, ekipler donmuş cesetler arasında ilerledi

Bir neçə turistin xilas edildiyi bildirilir, lakin Çin xilasetmə qrupu qarın ağırlığı altında çökmüş çadırlar, eləcə də hipotermiya keçirdiyi ehtimal olunan dağçılarla bağlı yardım çağırışları aldığını açıqlayıb.

Sosial mediada yayılan videolarda xilasetmə qruplarının dağın zirvəsində donmuş bədənlərin arasında çətinliklə irəlilədiyi görünür. Qatı qar və şaxtalı hava şəraiti səbəbindən əməliyyatın çox çətin və təhlükəli olduğu vurğulanır.

Hadisə fonunda Çində Matmo tayfunu səbəbilə ölkənin cənub və cənub-qərb hissələrində mümkün daşqın və təbii fəlakət riski ilə bağlı rəsmi xəbərdarlıq elan edilib.

Hazırda Everestdə xilasetmə işləri davam edir. Rəsmilər bildirirlər ki, hava şəraiti səbəbindən əməliyyatlar məhdud şəkildə aparılır və dağdakı vəziyyət “kritik” olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar