Yol polisinə tabe olmayan sürücü saxlanıldı - İddialara CAVAB
31 iyul 2024 12:50 (UTC +04:00)

Yol polisinə tabe olmayan sürücü saxlanıldı - İddialara CAVAB

İnternet televiziya kanallarının birində “Mercedes” markalı, 99-HT-480 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialar yayılıb.

Lent.az xəbər verir ki, vətəndaş M. Şahbazov qardaşının idarə etdiyi avtomobilin dayandığı yerdə yol polisi əməkdaşları tərəfindən yoxlanıldığını bildirib. Onun sözlərinə görə, yoxlama zamanı maşından qara tüstü həddindən artıq çox olub və avtomobil duracağa aparılıb. M. Şahbazovun iddiasına görə, qardaşı da saxlanılaraq, polis bölməsinə aparılıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, sürücünün qardaşının iddiaları əsassızdır. Qeyd olunub ki, sürücü A.Şahbazov yol hərəkəti qaydasını pozuğu üçün nəqliyyat vasitəsi mühafizə olunan duracağa, özü isə polisin qanuni tələbinə əməl etmədiyi üçün barəsində toplanan materiallar aidiyyəti üzrə rayon məhkəməsinə təhvil verilib və məhkəmə tərəfindən məsələyə hüquqi qiymət verilib. 

Videogörüntüdə səsləndirilən iddialar şəxsi müalahizələrdir və heç bir hüquqi əsası yoxdur. Sürücü tərtib olunmuş protokoldan şikayət etmək hüququna malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972
avatar

Oxşar yazılar

Bakıda avtobus  qaçırıldı

Bakıda avtobus qaçırıldı

31 iyul 2024 , 15:52
Ordumuzun 4 hərbçisi həlak oldu  - SƏBƏB

Ordumuzun 4 hərbçisi həlak oldu - SƏBƏB

31 iyul 2024 , 14:21
Bakıda bir nəfər dənizdə batdı  - YENİLƏNİB

Bakıda bir nəfər dənizdə batdı - YENİLƏNİB

31 iyul 2024 , 13:40
Yanğına gülən  kişini küçədə döydülər

Yanğına gülən kişini küçədə döydülər

31 iyul 2024 , 13:16
Masallıda kişi özünü GÜLLƏLƏDİ

Masallıda kişi özünü GÜLLƏLƏDİ

31 iyul 2024 , 12:11
Bilgəh çimərliyində  9 minlik telefon oğurlandı

Bilgəh çimərliyində 9 minlik telefon oğurlandı

31 iyul 2024 , 11:19
Ağac kəsən azərbaycanlı həbs olundu

Ağac kəsən azərbaycanlı həbs olundu

31 iyul 2024 , 10:27
Bakıda 19 gün əvvəl  qəzaya düşən sərnişin öldü

Bakıda 19 gün əvvəl qəzaya düşən sərnişin öldü

31 iyul 2024 , 10:01