Üç gün əvvəl Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Mingeçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhanovicin meyiti sudan çıxarılıb.
Yeniyetmənin meyiti onun boğulduğu ərazisisən 15 kilometr kənarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.