Ziya Bünyadov prospekti birtərəfli bağlandı - <span style="color:red;">YENİLƏNİB
19 fevral 2014 09:34 (UTC +04:00)

Ziya Bünyadov prospekti birtərəfli bağlandı - YENİLƏNİB

0
Fevralın 19-na keçən gecə saat 00.00-dan etibarən Ziya Bünyadov prospektinin yenidən qurulması çərçivəsində ərazi su xəttinin yerdəyişməsi ilə əlaqədar Əliyar Əliyev küçəsinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinin kəsişməsinə qədər yol bağlanıb.

 

Nəqliyyat Nazirliyinin «Azeryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, qeyd olunan hissədə yol 3 gün müddətinə yalnız birtərəfli qaydada bağlanacaq. Onun sözlərinə görə, sürücülər üçün bu müddət ərzində Böyük Şor qəsəbəsindən «20 Yanvar» metro stansiyası istiqamətində yol açıq olacaq, əks istiqamətdə isə bağlanacaq. «Azeryolservis» ASC sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edir.

 

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə APA-ya bildirib ki, yol genişləndirildikdən sonra 300 millimetrlik su boruları yolun hərəkət hissəsində qaldığından, onların yerinin dəyişdirilməsinə ehtiyac yaranıb. Onun sözlərinə görə, təxminən 300 metrlik ərazidə aparılan işlər 2-3 gün davam etməlidir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1338

Oxşar yazılar