Tələbə qız itkin düşüb
13 iyul 2013 20:03 (UTC +04:00)

Tələbə qız itkin düşüb

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi itkin düşüb. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini Ariz Ələkbərov polisə müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü qardaşı qızı iyulun 11-də mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518
avatar

Oxşar yazılar