Şamaxı rayonunda qətl hadisəsi törədilib. APA-nın məlumatına görə, hadisə ötən gecə rayonun Xınıslı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsgəndərov Əmrah Mahir oğlu aralarında baş verən ailə münaqişəsi zamanı bacısı, 1997-ci il təvəllüdlü İsgəndərova Nərminə Mahir qızının bədəninə çoxsaylı bıçaq xəsarətləri yetirib və onun başını kəsib. Məlumata görə, Nərminə İsgəndərova bir neçə gün öncə özbaşına evi tərk edərək itkin düşüb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən bir neçə gün axtarılan Nərminə İsgəndərova Bakı şəhərindən tapılaraq evə gətirilib. Əmrah İsgəndərovun bacısını bu hərəkətinə görə qətlə yetirdiyi bildirilir. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilib
13 may 2025 , 18:29
SSRİ bayrağı altında çıxış edən Saleh Səmədov Ağsaqqallar Şurasından çıxarıldı
13 may 2025 , 18:01
Bakıda evdən 56 yaşlı kişinin meyiti tapıldı
13 may 2025 , 17:31
Şərurlu İsfəndiyar məhkəmədə - FOTO -YENİLƏNİB
13 may 2025 , 16:55
Tərtərdə DƏHŞƏT: qayınata gəlinini öldürdü - YENİLƏNİB
13 may 2025 , 11:40
Oğuzda yük maşını motosikletlə toqquşdu: ölən var
13 may 2025 , 11:30
Bakıda 14 yaşlı yeniyetmə evdən çıxaraq QAYITMAYIB
13 may 2025 , 10:56